“Qorxuram ki, Laçından gizlin keçirilən adi erməni hərbçiləri yox, muzdlu terrorçulardır…”backend

“Qorxuram ki, Laçından gizlin keçirilən adi erməni hərbçiləri yox, muzdlu terrorçulardır...”

“Belə təhlükələri nəzərə alıb təcili olaraq, bir gün də ləngimədən Laçındakı sərhəd-keçid məntəqəsinə tam nəzarəti ələ almalıyıq…”

“Bəziləri belə məsələlər haqqında danışanda bizləri qınayırlar ki, guya  səbirsizlik edirik,  xalqı qıcıqlandırırıq. Amma söhbət Azərbaycanın, Qarabağın, o torpaqlara qayıdacaq vətəndaşların,  məcburi köçkünlərin, onların övladlarının  gələcək taleyindən gedir. Nə qədər ki, Laçın dəhlizindəki Ermənistanla sərhəd-keçid məntəqəsinə Azərbaycan dövləti, ordusu, təhlükəsizlik və gömrük xidmətləri nəzarət etmir, ağlı başında olan hər bir Azərbaycan vətəndaşı, qarabağlı, şuşalı, laçınlı, kəlbəcərli və s. narahat olacaq və onları qınamağa heç kəsin haqqı yoxdur…”

Bu fikirlər KONKRET.az-a açıqlamasında  tanınmış Qarabağ qazisi, ehtiyatda olan kəşfiyyat polkovniki Azay Kərimov söyləyib.

“Bir daha təkrar edirəm ki, uşaqlığım, gəncliyimdən erməniləri yaxşı tanıdığımdan, 1990-1992-ci illərdə Qarabağda Şuşada, Laçında yerləşən Rusiya hərbçilərinin xarakterinə, davranışlarına, ermənilərlə münasibət və əlaqələrinə yaxşı bələd olan bir keçmiş qaçqın və döyüşçü zabit kimi danışıram… Bu günlərdə xəbərlər yayıldı ki, Ermənistan Laçın dəhlizindən gizli şəkildə, tikinti materialları daşıyan yük avtomobillərində Qarabağa –Azərbaycan torpaqlarına erməni hərbçilər yollayırlar. Fəqət, qorxuram ki, ermənilər Qarabağa adi hərbçiləri yox, 1988-1992-ci illərdə olduğu kimi, xaricdə təlim keçmiş, yaxşıca hazırlanmış, muzdlu, peşəkar terrorçular daşıyırlar. Onları lap Ermənistan, yaxud Rusiya pasportlu, guya Qarabağdan qaçqın düşmüş mülki ermənilər adı altında da keçirərlər. Ruslar da buna şərait yarada bilər. Həmin muzdlu terrorçular da, meşələrin yarpaqlamağa başlayacağı yaxın günlərdə, yaxud gələcəkdə Şuşadakı, Laçındakı, Kəlbəcərdəki, Hadrutdakı, Füzulidəki və s. Azərbaycan hərbçi və mülkilərinə qarşı müxtəlif təxribatlar, terror aktları həyata keçirə bilərlər… Üstəlik, o da var ki,  Rusiyanın “sülhməramlı” adlanan hərbçiləri son 4 ay ərzində bir nəfər də erməni hərbçisinin, silahlısının torpaqlarımızdan çıxarılması haqda məlumat verməyib? Deməli, hələ də Qarabağda xeyli silahlı erməni hərbçisi, mülki şəxsi və ya muzdlusu var. Halbuki, 10 Noyabr razılaşmasına əsasən sülhməramlıların ilk və əsas vəzifələrindən biri ərazidən erməni hərbi birləşmələrini çıxarmaqdır…

Bütün bu və ya digər təhlükələri nəzərə alıb təcili olaraq, bir gün də ləngimədən Laçındakı sərhəd-keçid məntəqəsinə nəzarəti ələ almalıyıq. Artıq 10 Noyabr razılaşmasından 4 aya yaxın vaxt keçir. Bizim dəqiq məlumatımız varmı ki, Laçından Xankəndinə, Xocalıya, Əsgərana, Ağdərəyə, Xocavəndə   və s. nələr və kimlər daşınıb? Odur ki, ləngimək olmaz… Sabah gec ola bilər…” –deyə kəşfiyyatçı polkovnik vurğulayıb. moderator.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*