Qubada minik avtomobilləri toqquşdu, xəsarət alanlar varbackend

Qubada minik avtomobilləri toqquşdu, xəsarət alanlar var

KONKRET.az-ın şimal bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Quba avtomobil yolunun Quba şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Lada Priora” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza zamanı “VAZ-2107” aşıb. İlkin məlumata görə, hadisə zamanı bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi yardım Stansiyasının həkimləri və hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*