Polis bu kəndin girişində post qoydubackend

Polis bu kəndin girişində post qoydu

Qubanın Dəlləkli kəndində ayrı-ayrı həyətlərdə ot tayaları yanır, kəndin girişində polis postu qoyulub

KONKRET.az-ın verdiyi məlumata görə, Dəlləkli kənd sakinləri bildirirlər ki, kəndin gün ərzində dörd yerində yanğınlar baş verib, onlara məxsus tayaları və tövlələri yandırıblar. Yanğından zərər çəkmiş şəxslər aşağıdakılardır:  İslam Vəzirov, Hamza Çaxalov, İsmixan Qədirov və Maxsud Abasov.

Hadisə yerinə FHN-nin Quba Yanğından Mühafizə xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi gəlib. Bundan əlavə, hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də baş çəkib. Yanğının qəsdən törədilməsi güman edilir.

Faktla bağlı araşdırma aparılır.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*