ABŞ-ın keçmiş Müdafiə Naziri Ceyms Mettis Trampı cəmiyyəti bölməkdə ittiham edib.
KONKRET.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Mattis Amerikadakı hazırki vəziyyətdən Trampı günahkar bilib və Tramp olmadan birlik yarada biləcəklərini qeyd edib.
Tramp keçmiş nazirin bu sözlərinə çox sərt qarşılıq verib:
“Düşünürəm ki, mənim Barak Obama ilə tək ortaq nöqtəm dünyanın ən şişirdilmiş generalı olan Ceyms Mettisi qovmağım olub. Onun ləqəbini dəyişidirib “quduz it” qoymuşdum. Mettisə yeni həyat, yeni işlər verdim, amma o, nadir hallarda uğur qazana bildi.”
