Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramında fəaliyyət göstərəcək heyvan satışı və kəsimi yerləri barədə məlumat yayıb.
Agentlikdən KONKRET.az-a bildirilib ki, iyulun 9-10-da qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək.
Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.
Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə əlavə məlumatlar veriləcək. Vətəndaşlar həmin ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları http://afsa.gov.az/uploads/satish_2022.pdf linkə daxil olmaqla əldə edə bilərlər.
Qurban bayramı günlərində respublika üzrə 134 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 61-də həm kəsim, həm satış, 54-də qurbanlıq heyvanların satışı, 19-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.
Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları http://afsa.gov.az/uploads/kesim_2022.pdf linkə daxil olmaqla və ya aşağıdakı cədvəldən əldə edə bilərsiniz:
Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri
Rayon | Ünvan | Qeyd |
Bakı şəhəri, Binəqədi rayonu | 8-ci mkr., Cəfər Xəndan küçəsi 52C | kəsim-satış |
Biləcəri qəs., Rəşid İsmayılov küçəsi 9 | kəsim-satış | |
Binəqədi-Novxanı yolu
(mal bazarının yanı) |
yalnız satış | |
Binəqədi şosesi, 31A
(“White Palace” şadlıq evinin yanı) |
yalnız satış | |
Bakı şəhəri, Nərimanov rayonu | “Bakı Taxıl” ASC-nin ərazisindəki ət kəsimi məntəqəsi, Ə. Əliyev küçəsi 26 | kəsim-satış |
Keşlə Bazarı, Ə. Əliyev küçəsi 36 | kəsim-satış | |
“50 qəpik” ət dükanı Ə. Əliyev küçəsi, 1993-cü məhəllə |
kəsim-satış | |
Bakı şəhəri, Nəsimi rayonu |
|
kəsim-satış |
Bakı şəhəri, Nizami rayonu | Heydər Əliyev prospekti 92 – 2 məntəqə | kəsim-satış |
M. Abbasov küçəsi, 2405-ci məhəllə | kəsim-satış | |
Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsi 217 | kəsim-satış | |
Çobanzadə küçəsi 63 | kəsim-satış | |
Bakı şəhəri, Pirallahı rayonu | Pirallahı qəsəbəsi, S. Vurğun küçəsi 51B | kəsim-satış (çadır) |
Bakı şəhəri, Qaradağ rayonu | Lökbatan qəsəbəsi, S. Xəlilov küçəsi 13 | kəsim-satış |
Lökbatan qəsəbəsi, Salyan yolu 22, “Binə” ticarət mərkəzinin qarşısı | kəsim-satış | |
Bakı şəhəri, Sabunçu rayonu | Ramana qəsəbəsi, Şuşa şəhərciyi | kəsim-satış |
Zabrat qəsəbəsi, Babək küçəsi 110H | kəsim-satış | |
Bakı şəhəri, Səbail rayonu | Gülbala Əliyev küçəsi 20 | kəsim-satış |
Bakı şəhəri, Suraxanı rayonu | Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin qarşısısı | yalnız satış |
Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində yerləşən “Günəş” ticarət mərkəzinin qarşısı | yalnız satış | |
Bakı şəhəri, Xətai rayonu | Həzi Aslanov qəsəbəsi 6 | kəsim-satış |
M. Rüstəmov küçəsi 22 | yalnız satış | |
Xətai rayonu, Zığ yolu, 5 saylı binanın arxası | yalnız satış | |
Lütfizadə küçəsi 19 | yalnız satış | |
Bakı şəhəri, Xəzər rayonu | Buzovna qəsəbəsi, H. Sadiq küçəsi 21 | kəsim-satış |
Binə qəsəbəsi, Ş. İ. Xətai küçəsi 78 | kəsim-satış | |
Buzovna qəsəbəsi, H. D. Səmədzadə küçəsi, ev 28 | kəsim-satış | |
Qala qəsəbəsi, Xaşa-xuna bağları ərazisi | kəsim-satış | |
Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 3 “Pir Həsən Ağa” ziyarətgahı | kəsim-satış (ziyarətgah) | |
Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi 27, “Mir Mövsüm Ağa” ziyarətgahı | kəsim-satış (ziyarətgah) | |
Ramana qəsəbəsi, 3-cü sahə | kəsim-satış | |
Bakı şəhəri, Yasamal rayonu | Yasamal rayonu, “İdeal” şadlıq sarayının həyəti | kəsim-satış (çadır) |
Abşeron rayonu | Aşağı Güzdək qəsəbəsi | kəsim-satış |
Xırdalan şəhəri, H. Əliyev prospekti 38 | yalnız kəsim | |
Xırdalan şəhəri | kəsim-satış | |
Quşcu massivi 180/90, “Səhliyalı” kiçik müəssisəsi | yalnız kəsim | |
Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 13-cü kilometri |
yalnız satış | |
Saray qəsəbəsi, Bakı dairəvi yolunun qəsəbə ərazisindən keçən hissəsi |
yalnız satış | |
Ağcabədi rayonu | Aşağı Avşar kəndi | kəsim-satış |
Xocavənd kəndi | kəsim-satış | |
Rəncbərlər bələdiyyəsinin ərazisi,
“Mal Bazarı” MMC |
yalnız satış | |
Ağdam rayonu | İmamqulubəyli kəndi | kəsim-satış (çadır) |
Ağdaş rayonu | Ağdaş rayonu, Aşağı Zeynəddin kəndi | yalnız satış |
Ağstafa rayonu | Ağstafa şəhəri, H. Arif küçəsi 40 | kəsim-satış (çadır) |
Ağsu rayonu | Ağsu rayonu, Navahi kəndi | yalnız satış |
Balakən rayonu | Balakən rayonu, Hənifə kəndi | yalnız satış |
Bərdə rayonu | Bərdə rayonu, Qaradağlı kəndi, ət kəsimi müəsisəsi – 2 məntəqə | yalnız kəsim |
Bərdə rayonu, Həsənqaya kəndi, ət kəsimi müəssisəsi | yalnız kəsim | |
Bərdə rayonu, Alpout kəndi, heyvan satışı bazarı | yalnız satış | |
Beyləqan rayonu | Beyləqan şəhəri, S. Qazıyeva küçəsi – 2 məntəqə | kəsim-satış (ziyarətgah) |
Beyləqan şəhər, Məhəmməd Əsədov küçəsi | yalnız satış | |
Dünyamalılar kəndi | yalnız satış | |
Örənqala qəsəbəsi | yalnız satış | |
Kəbirli kəndi | yalnız satış | |
Mil qəsəbəsi – 2 məntəqə | yalnız satış | |
Qaralılar kəndi | yalnız satış | |
Yuxarı Aran qəsəbəsi | yalnız satış | |
Cəlilabad rayonu | Cəlilabad rayonu, 20 Yanvar küçəsi | kəsim-satış (çadır) |
Füzuli rayonu | Bala Bəhmənli kəndi – 2 məntəqə | yalnız satış |
Horadiz şəhəri | yalnız satış | |
Gədəbəy rayonu | Gədəbəy şəhəri, M. Ə. Rəsulzadə küçəsi | yalnız kəsim |
Yenikənd kəndi | yalnız satış | |
Novosaratovka kəndi | yalnız satış | |
Gəncə şəhəri | Gəncə şəhəri, Müseyib Bağırov küçəsi | kəsim-satış |
Gəncə şəhəri, Kəpəz rayonu, “Kəpəz-Bazarı” ASC-nin yaxınlığı | kəsim-satış | |
Gəncə şəhəri, İmamzadə Ziyarətgahı | kəsim-satış (ziyarətgah) | |
Gəncə şəhəri, Nizami rayonu, “Quş südü” şadlıq evinin yanı |
yalnız kəsim | |
Goranboy rayonu | Goranboy rayonu, Qızılhacılı qəsəbəsi | kəsim-satış |
Goranboy şəhəri, İ.Qayıbov küçəsi 8 | yalnız satış | |
Göyçay rayonu | Göyçay rayonu, Qarabaqqal kəndi, mal-qara satış bazarı | yalnız satış |
Göygöl rayonu | Göygöl şəhəri, A. Şadlinski küçəsi 1 | kəsim və satış |
Qızılca bələdiyyəsinin ərazisi | kəsim və satış | |
Qızılqaya qəsəbəsi. | yalnız kəsim | |
İmişli rayonu | İmişli şəhəri, Q. İsmayılzadə küçəsi – 6 məntəqə | yalnız satış |
İmişli şəhəri, Heydər Əliyev prospekti | yalnız satış | |
İsmayıllı rayonu | İsmayıllı şəhəri, H. Əliyev prospekti 7, “Yaşıl” Ticarət Mərkəzi | kəsim-satış |
Lənkəran rayonu | Lənkəran şəhəri, Füzuli küçəsi – 3 məntəqə | yalnız satış |
Lənkəran rayonu, Şiləvar kəndi | yalnız satış | |
Masallı rayonu | Masallı şəhəri, Kosakül məhəlləsi | yalnız satış |
Mingəçevir şəhəri | Mingəçevir şəhəri, Ərəş küçəsi | yalnız kəsim |
Mingəçevir şəhəri, Təbriz küçəsi | yalnız kəsim | |
Neftçala rayonu | Neftçala şəhəri, M. Əsədov küçəsi | yalnız satış |
Qax rayonu | Qax şəhəri, İ. Dağıstanlı küçəsi 1 | yalnız satış |
Qazax rayonu | Qazax şəhəri, N. Nərimanov küçəsi 72A | yalnız kəsim |
Qazax şəhəri, N. Nərimanov küçəsi | yalnız satış | |
Qəbələ rayonu | Qəbələ şəhəri, H. Əliyev prospekti 9 | yalnız satış |
Qobustan rayonu | Qobustan rayonu, Bakı-Qazax yolunun kənarındakı Qobustan Mərkəzi Bazarı | kəsim-satış |
Quba rayonu | Quba şəhəri, “Dəvədabanı” yaşayış massivi | kəsim-satış |
Quba şəhəri, “Dəvədabanı” yaşayış massivi | kəsim-satış
(çadır) |
|
Qusar rayonu | Qusar şəhəri, Çingiz Qurbanov küçəsi, Qusarçay çayının sahili |
kəsim-satış |
Qusar şəhəri Çingiz Qurbanov küçəsi, Qusarçay çayının sahili, Heyvan kəsimi məntəqəsinin yanındakı düşərgə | yalnız satış | |
Saatlı rayonu | Sarıcalar kəndi | kəsim-satış |
Sabirabad rayonu | Sabirabad rayonu, Qalağayın kəndi | yalnız satış |
Sabirabad rayonu, Qaratəpə kəndi | yalnız satış | |
Sabirabad rayonu, Ulacalı kəndi | yalnız satış | |
Şabran rayonu | Şabran şəhəri, M. Müşfiq küçəsi 7 | kəsim-satış |
Salyan rayonu | Ələt-Astara magistral avtomobil yolunun (köhnə) 58-ci kilometri | kəsim-satış |
Aşağı Noxudlu kəndi, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 57-ci km-i | yalnız satış | |
Şamaxı rayonu | Şamaxı rayonu, Şəhriyar qəsəbəsi | kəsim-satış |
Samux rayonu | Samux rayonu, Tatlı kəndi | kəsim-satış |
Samux rayonu, Qarayeri qəsəbəsi | kəsim-satış | |
Şəki rayonu | Şəki şəhəri, Mikayıl Müşfiq küçəsi | yalnız kəsim |
Şəki şəhəri, Salman Mümtaz küçəsi | yalnız satış | |
Şəmkir rayonu | Şəmkir şəhəri, 20 Yanvar küçəsi 35 | kəsim-satış
(çadır) |
Siyəzən rayonu | Beşdam kəndi | kəsim-satış |
Sumqayıt şəhəri | Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 61A | kəsim-satış |
Sumqayıt şəhəri, Çerkassi küçəsi 46-cı məhəllə | kəsim-satış | |
Tərtər rayonu | Tərtər şəhəri, Cavanşir küçəsi 84 | yalnız kəsim |
Tovuz rayonu | Tovuz şəhəri, Musa Musayev küçəsi | yalnız kəsim |
Qovlar şəhəri, Vağzal küçəsi | yalnız kəsim | |
Tovuz rayonu, Ceyrançöl ərazisi, “Tovuz Agro” MMC |
yalnız kəsim | |
Aşağı quşçu kəndi, heyvan bazarı | yalnız satış | |
Xaçmaz rayonu | Qaraqurdlu kəndi | kəsim-satış |
Yevlax rayonu | Aşağı Bucaq kəndi | yalnız kəsim |
Salahlı kəndi | yalnız kəsim | |
Yevlax rayon Aran qəsəbəsi | yalnız kəsim | |
Aşağı Bucaq kəndi | yalnız satış | |
Salahlı kəndi | yalnız satış | |
Zaqatala rayonu | Muxax kəndi | kəsim-satış |
Əliabad qəsəbəsi | kəsim-satış | |
Aşağı Tala kəndi | yalnız kəsim | |
Zərdab rayonu | Zərdab şəhəri, Füzuli küçəsi, 17 | kəsim-satış |