Qurbanqulu Berdiməhəmmədov oğlunu fəxri adla təltif etdibackend

Qurbanqulu Berdiməhəmmədov oğlunu fəxri adla təltif etdi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedov 2021-ci ilin son iki ayında hüquq-mühafizə orqanlarının işinin nəticələrinə əsasən Təhlükəsizlik Şurasının iclasını keçirib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, müdafiə naziri Beqenç Gündoğduyev Türkmənistanın müstəqilliyinin 30-cu ildönümü şərəfinə 27 sentyabrda keçiriləcək hərbi parad hazırlıqları barədə məlumat verib. Qeyd edək ki, bu il paradın yeni hökumət tribunası qarşısında keçirilməsi planlaşdırılır.

Prezident Daxili İşlər Nazirliyinin rəhbəri Mammetxan Çakıyevə yollarda baş verən qanun pozuntularına ciddi nəzarət etməyi, piyadalar, xüsusən də məktəblilər üçün yol hərəkəti qaydaları ilə bağlı izahat tədbirləri görməyi tapşırıb.

Baş nazirin rəqəmsallaşdırma üzrə müavini, Ali Nəzarət Palatasının rəhbəri və Təhlükəsizlik Şurasının üzvü Serdar Berdiməhəmmədov dövlət əmlakına nəzarət və rəqəmsal sistemlərin tətbiqi ilə bağlı işlər barədə məlumat verib.

Berdiməhəmmədov oğlu Sərdar da daxil olmaqla bütün Təhlükəsizlik Şurasının üzvlərinə “Türkmənistanistan Vatan qoruqçusu” (“Türkmənistan Vətəninin Müdafiəçisi”) fəxri adını verib.

Qeyd edək ki, bu fəxri ad bu ilin yanvarın 16-da təsis edilib və “Dövlət müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, konstitusiyanı qorumaqda böyük xidmətləri olan” Təhlükəsizlik Şurasının üzvlərinə verilir. Buna layiq görülənlərə müvafiq döş nişanı təqdim edilir.

Yeri gəlmişkən xatırladaq ki, bu yaxınlarda Sərdar Berdiməhəmmədov baş nazirin müavini təyin edilib və bununla da Təhlükəsizlik Şurasında yer alıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*