“Qurdlar Vadisi”nin rejissoru Azərbaycanın Qurtuluş savaşında iştirakına dair film çəkəcəkbackend

"Qurdlar Vadisi"nin rejissoru Azərbaycanın Qurtuluş savaşında iştirakına dair film çəkəcək

Türkiyənin “Sinegraf” kino şirkətinin rəhbəri, rejissor Osman Sınav Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşündən danışıb.

KONKRET.az Report-a istinadən xəbər verir ki, görüşdə mühüm məsələlərlə bağlı fikirlə mübadiləsi aparılıb, gələcək hədəflər müəyyənləşdirilib.

“Hazırda Qafqaz İslam Ordusunun köməyi ilə Bakının azad edilməsindən sonra Azərbaycanın Türkiyədəki Qurtuluş savaşına yardımı və dəstəyi mövzusu ilə bağlı ciddi layihə üzərində işləyirik. Təbii ki, layihə reallaşdırıldığı zaman həm Azərbaycan, həm də Türkiyə telekanallarının öz dəstəklərini əsirgəməyəcəklərindən əminəm”, – O.Sınav deyib.

Qeyd edək ki, O.Sınav Türkiyədə və dünyada populyarlıq qazanan bir çox film və teleserialların rejissorudur. O, “Dəli Ürək”, “Qurdlar Vadisi”, “Sən Anlat Qara Dəniz” və s. məşhur teleserialları ərsəyə gətirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*