Ramiz Mehdiyev Elton Məmmədovla bağlı qərarını ləğv etdibackend

Ramiz Mehdiyev Elton Məmmədovla bağlı qərarını ləğv etdi

Yanvarın 28-də yerli mediada Milli Məclisin keçmiş deputatı, texnika elmləri doktoru Elton Məmmədovun AMEA-nın Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edilməsi ilə bağlı məlumat yayılmışdı.

KONKRET.az xəbər verir ki, AMEA isə yanvarın 29-da bu məlumatı təkzib edib.

Saytımızın əldə etdiyi məlumata görə, akademiya təyinat xəbərini mediaya təsdiqləmişdi, amma sonra bu qərar ləğv edilib.

Xatırladaq ki, Milli Məclisin deputatı Etibar Əliyev bu təyinat xəbərini etirazla qarşılayıb. Deputat bildirib ki, Elton Məmmədovun elmi işlərinin heç birinin adında “Radiasiya” sözü belə yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*