Bir neçə gün əvvəl istefa verəcəyini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin göstərişi ilə hazırlanan yazı qurumun rəsmi saytından silinib.
KONKRET.az xəbər verir ki, AMEA Mətbuat Xidməti tərəfindən deputatlar, alimlər barədə hazırlanan təhqiredici yazı fevralın 10-da qurumun saytında yerləşdirilib.
Təbii ki, R.Mehdiyevin göstərişi ilə hazırlanan yazı adları çəkilən şəxslər tərəfindən ciddi narazılığa səbəb olub. Yazıda deputat – Fəzail Ağamalı, Etibar Əliyev, Musa Qasımlı, akademik Vaqif Abbasov və digər şəxslərin adı hallanıb.
Qeyd edək ki, yazı AMEA-nın rəsmi saytından silinsə də, “Facebook” səhifəsində qalmaqdadır.
/oxu.az/

Ramiz hamını nə doladı ……Dünən sevinənlər bu gün bir cümləsi ilə pərt, məyyus elədi. Dünənədək özünü yeyib tökənlər indi maddım-maddım gözlərini döyür, nə etməli olduğunu bilmirlər. Çünki şeytan Ramiz Fəzaillərin, Misirlərin, Musaların, Etibarsızların dabbaxda gönünə bələddir. Bu gözlə görünən iblis İstefa verəcək, amma hələ məzələnir….
Rədd olsun Ramiz!!!!! Ramizə və əlaltılarına lənət olsun!!! Urrrraaaaaa!!!!