Ramzan Kadırov FTB-dən 250 min dollar tələb etdi – FOTObackend

Ramzan Kadırov FTB-dən 250 min dollar tələb etdi - FOTO

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-ın Federal Təhqiqatlar Bürosundan 250 min dollar nağd pul tələb edib.

KONKRET.az xəbər verir ki, Kadırov bu barədə öz teleqram kanalında yazıb.

Kadırov ABŞ xüsusi xidmət orqanının haqqında informasiya əvəzində 250 min dollar pul mükafatı təklif etdiyi rusiyalı iş adamı Yevgeniy Priqojinin onu Qroznıda ziyarət etdiyini bildirib.

“Bu cür səxavətli mükafatı almaq ağılsızlıq olardı. Vətəndaş borcunu yerinə yetirmək hissi ilə vicdan əzabı çəkmədən layiq görülən mükafatı almağa hazıram”,- deyə Kadırov istehzalı şəkildə bildirib.

Bununla yanaşı Kadırov Federal Təhqiqatlar Bürosuna şərt qoyub: O, mükafatı yalnız 20 dollarlıq əskinaslarla çamadanda almağa razıdır.

“Qroznıya kiminsə vasitəsilə göndərin, buradakı hər kəs məni tanıyır, sizə yol göstərəcəklər”,- deyə Kadırov bildirib.

Çeçenistan rəhbəri dəlil olaraq Priqojin ilə fotoşəkilini əlavə edərək “kovboylar ölkəsinə gedəcəyindən xəbəri belə yoxdur”,- deyə qeyd edib.

Qeyd edək ki, fevral ayının sonunda FTB Priqojin haqqında məlumat üçün 250.000 dollar mükafat təklif etdiyini açıqlamışdı. Rusiyalı biznesmen qurumun kəşfiyyat hesabatında ABŞ Federal Seçki Komissiyasının işinə mane olmaqda ittiham olunub.

Buna cavab olaraq iş adamının şirkəti “Concord” FTB-yə ünvanını verib və əvəzində mükafat tələb etmişdi. Priqojin isə ABŞ rəsmilərini “cadugər ovu”nda ittiham edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*