Bakının Suraxanı rayonunda bir nəfər bıçaqlanıb.
KONKRET.az xəbər verir ki, hadisə Suraxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Məmmədov Rəfael Məmmədağa oğlu çay evində dava zamanı bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
