Rəqsanə ilk dəfə oğlunun görüntüsünü paylaşdı – VİDEObackend

Rəqsanə ilk dəfə oğlunun görüntüsünü paylaşdı - VİDEO

Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova oğlu ilə yeni görüntülərini paylaşıb.

KONKRET.az xəbər verir ki, paylaşımda ifaçı oğlunu bağrına basaraq onu dayanmadan öpüb. Buna baxmayaraq, Rəqsanə oğlunun üzünü gizlədib

Onun  paylaşımına yazdığı şərh də maraqlı olub:

“Doğrudan da ana olmaq çox məsuliyyətli bir missiyadır. Övlad qoxusu cənnət qoxusudur.

Bəzən efirlərə baxıram ki, valideynlər övladlarını böyütmək üçün ömürlərini, günlərini xərcləyir, sonda övlad həmin ata-anaya sahib çıxmır… Allah heç bir valideynin əziyyətini yerdə qoymasın. Övladların da canını sağ eləsin”.

Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib.

Həmin görüntüləri təqdim edirik:

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*