Rəşad Dağlını “TikTok” BİZNESİNƏ çeviriblər – VİDEObackend

Rəşad Dağlını "TikTok" BİZNESİNƏ çeviriblər - VİDEO

Məşhur meyxanaçı Rəşad Dağlının sonuncu qətl hadisəsi və istintaqa cəlb olunmasından sonra Azərbaycan gündəmi genişlənib:

1. Zəngəzur dəhlizi;

2. İran-Azərbaycan münasibətləri və Cənubi Azərbaycanın müstəqilliyi;

3. DTX əməliyyatları və farslara xəfiyyəlik edən azərbaycanlıların həbsi;

4. Rusiyanın “arsax”da referendum hədələri;

5. Rusiya-Ukrayna savaşı;

6. Qarabağdakı sülhməramlıların taleyi;

7. Türk Dövlətləri Təşkilatının hərbi ittifaqa çevrilməsi, Turan ordusu;

8. Paşinyan sərsəmləmələri;

9. Azərbaycandakı minimum əmək haqqı və bahalaşma;

10. Rəşad Dağlı.

KONKRET.az xəbər verir ki, 9 mövzu ilə 10-cu arasında uzlaşma uçurumu var. Lakin Rəşad öz meyxanaları ilə xalqın sevgisini qazandığı üçün sosial problemlərdən daha çox izlənilir.

Rəşadsevərlərin çox olması onlayn dələduzları hərəkətə gətirib. Meyxanaçının azyaşlı oğlunun adına saxta sosial şəbəkə hesabı açılaraq dəstək adı ilə pul yığılır. Bu barədə meyxanaçının və oğlu Yusifin TikTok səhifələrində məlumat paylaşılıb. Paylaşımda saxta hesabın dələduzluq məqsədilə yaradıldığı qeyd olunub. Məsələ ilə bağlı Rəşad Dağlının vəkili də açıqlama yayıb ki, yardım adı ilə yığılan pulların meyxanaçının ailəsi ilə əlaqəsi yoxdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məsələnin araşdırıldığını bildirib.

Məsələni “TikTok”da gözəl qızlara 500 manatdan baha olan şir simvolu atan deputatlara görə qabartmırıq. Sözümüz Azərbaycanın 500 manat maaş alan əksəriyyətinədir ki, 1 həftəlik bazarlığa xərclədiyiniz 50-100 AZN-i internet fırıldaqçılarına qurban verməyin.

KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*