“Respublikada aparılan bütün islahatlar AMEA-da da getməlidir” – Fəzail İbrahimlidən AÇIQLAMAbackend

"Respublikada aparılan bütün islahatlar AMEA-da da getməlidir” - Fəzail İbrahimlidən AÇIQLAMA

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı və parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə deputat Məlahət İbrahimqızının bütövlükdə mollaları qara geyimdə görmək istəmədiyini deməsi olub.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən millət vəkili Fəzail İbrahimli bildirib ki, artıq hər şey qaydasındadır: “Sadəcə mənim dediklərimdən ola bilsin ki, düzgün nəticə çıxartmayıb. Problem olmadı. Mən də bildirdim ki, xanımın heysiyatına toxunan heç bir söz demərəm. Orada da heysiyata toxunan heç bir fikir yox idi. Ola bilər ki, düz başa düşməyib. Xanımdır, öz düşncəsini ifadə etdi. Milli Məclis elə danışmaq üçündür”.

Fəzail İbrahimli AMEA-da baş verən proseslər haqda da fikirlərini bölüşüb: “Hesab edirəm ki, “AMEA-da hansı islahatlar həyata keçirilməlidir” sualına ümumi cavab vermək olar. Elm ocağıdır, millətin beyin mərkəzidir. Hansı islahatlara ehtiyac olduğunu Rəyasət Heyətinin üzvləri, İnstitut direktorları daha yaxşı bilir. Mən oranın əməkdaşı deyiləm. Amma hesab edirəm ki, Respublikada aparılan bütün islahatlar AMEA-da da getməlidir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*