Robert Köçəryanla Yuri Xaçaturova yeni ittiham irəli sürüldübackend

Robert Köçəryanla Yuri Xaçaturova yeni ittiham irəli sürüldü

Ermənistanın ikinci prezidenti Robert Köçəryana və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturova yeni ittiham irəli sürülüb. Dövlət ittihamçısı Robert Köçəryan və Yuri Xaçaturovun  Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndi ilə ittiham olunduğunu elan edib.  İttihamda 2008-ci il 1 mart hadisələrindən bəhs edilir. Hadisələr zamanı onlar öz vəzifə səlahiyyətlərini aşmış, nəticədə vətəndaşların konstitusiya hüquqları kobud şəkildə pozulmuş və ağır nəticələrə səbəb olmuşdur.

441-ci maddənin 2-ci hissəsinin 5-ci bəndinə əsasən, belə əməllərə görə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.  İttiham tərəfi iddia edib ki, bu Ermənistan Konstitusiya Məhkəməsinin 2024-cü il tarixli qərarının müddəalarına uyğundur və Köçəryan və digərlərinin ittihamlarına yenidən baxmağa imkan verir.

Seyran Ohanyan və Armen Gevorqyana iclas təxirə salındığına görə ittiham elan olunmayıb. Onların da eyni maddə ilə ittiham olunacağı güman edilir.

Xatırladaq ki, Köçəryan, Xaçaturov, Ohanyan və Gevorqyan konstitusiya quruluşunu devirməkdə ittiham edilsə də, Konstitusiya Məhkəməsi bu maddəni konstitusiyaya zidd hesab etdiyi üçün 2021-ci ildə onlara bəraət verilmişdi.

2024-cü ildə isə Konstitusiya Məhkəməsinin qərarı ilə ittiham yenidən təsnifləşdirilib, bu da iş üzrə məhkəmə baxışının bərpası üçün əsasdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*