Britaniyanın xarici işlər naziri Liz Trass rusiyalı iş adamlarına qarşı tətbiq edilən sanksiyaların ləğv edilməyəcəyini bildirib.
“Bu, son dərəcə çətindir (sanksiyaların ləğvini təsəvvür etmək – red.). Bu oliqarxlar Rusiya prezidenti Vladimir Putinə öz işini görməyə imkan veriblər”, – deyə Trass “Times” qəzetinə müsahibəsində bildirib.
KONKRET.az xəbər verir ki, o, həmçinin Londonun “Çelsi” futbol klubunun sahibi olan rusiyalı iş adamı Roman Abramoviçin heç vaxt Böyük Britaniyaya qayıda bilməyəcəyini də vurğulayıb.
