Rus əks-kəşfiyyatının arayışı: Türkiyə ilə dostluq haqqında danışmaq hələ tezdirbackend

Rus əks-kəşfiyyatının arayışı: Türkiyə ilə dostluq haqqında danışmaq hələ tezdir

İyulun ortalarında, sistemində S-400 komponentləri olan ilk Russiya yük təyyarələri ən müasir Amerika F-35 döyüşçülərinin qona bilmədiyi türk hava limanına endi. Vaşinqton buna aydınlıq gətirdi: “Ankara Rusiya lehinə seçim etdi və indi nəinki yeni təyyarələrin itkisi ilə, həmçinin də nəticələrilə qarşı-qarşıya qalacaq”. Bununla da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çətin ki, əl-qolunu bağlayıb oturacaq. Mövcud münaqişə ABŞ və Türkiyə arasında artan düşmənçiliyin məntiqi nəticəsidir. Beləliklə, türklərin amerikalılarla dostluq və düşmənçilik munasibətlərinin  tarixinə nəzər salaq və görək ki, bu munasibətlərin Rusiyaya təsiri necə olacaq?

“Sizi Türkiyə prezidenti Ərdoğanla tanış etmək mənim üçün böyük bir şərəfdir. O artıq mənim dostum oldu. Bizim dostluğumuz möhtəşəmdir. Düşünürəm ki, bizim dostluğumuz əsasən şəxsi əlaqələrə görə əvvəlkindən də möhkəmdir”, – bunu Amerikanın prezidenti Donald Tramp BMT Baş Assambleyasının 2017-ci ilin sentyabrında keçirilən iclaslarında görüş zamanı qeyd etmişdi… O vaxtlar Türkiyə ilə ABŞ arasındakı əlaqələr krizis nöqtəsinə çatmışdı. Dövlətlər arasında münasibətlər elə də yaxşı deyildi. Xatırladaq ki, Ərdoğanın 2017-ci ilin may ayında Vaşinqtona səfəri zamanı onun muhafizəçiləri Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısında bir qrup dinc nümayişçiyə hücum etdi. “Dağ siçan doğdu” – tanınmış türkiyəli jurnalist Cengiz Çandar o vaxtlar Ərdoğanın ABŞ-a səfərinin nəticələrini şərh edərkən səfəri belə bir ifadə ilə qiymətləndirmişdi. Lakin bu onda alınmadı: Çandarın etiraflarına görə “Dağ, ümumiyyətlə, heç nə doğmadı”. Vəziyyət daha da gərginləşirdi.

6 sentyabr 1955-ci ilin axşamı. Xoşagəlməz situasiya var idi. “Xaricilərə ölüm. Yunan xainlərini öldürün!” – əsas “İstiqlal” küçəsilə hərəkət edən qəzəbli bir türk qrupu yunan dükanlarının şüşələrini qırıb, mallarını səki üzərinə atırdılar. Sadə insanların qəzəbi inanılmaz sarsılmazlığa səbəb oldu. Yunanlar nəinki tarixi türklərin Kiprinə hücum etməyə başladılar, hətta Salonikidə türk konsulluğunu partlatdılar. Bu artıq son damcı idi, çünki konsulluq müasir türk dövlətinin qurucusu Mustafa Kamalın doğulduğu evdə yerləşirdi. Yunanların və digər qeyri-müsəlmanların evləri sanki bilərəkdən xaçlarla işarələnmişdilər, taksilər hər dəfə yeni etirazçıları gətirirdi. Yunan polisi yalnız türk tacirlərinin çadırlarını hücumdan müdafiə edirdi…

Bəyoğlu rayonunun küçələrində isə qəzəbli turklər  ölüm və şiddət gətirirdilər.

O gecə kişilərin əksəriyyəti bıçaqla sünnət edilib, qadınlar təcavüzə uğramışdı – döyülmüşdülər, keşişlərin baş dərilərini taran edib, ya da diri-diri yandırırdılar. O vaxt çox az adam bilirdi ki, bütün bu İstanbul talanı başdan-ayağa nəinki uydurma idi, hətta böyük bir yalan üzərində qurulmuşdu. Salonikidəki türk konsulluğunun əməkdaşının özü bomba qoyub, yunanlıların evləri əvvəlcədən xaçlarla işarələnmişdi, hakimiyyət iğtişaşçılar üçün kürək, kəsici və digər “alətlər” təşkil etmişdi. Bütün bunu II dDünya müharibəsindən sonra Türkiyə hökumətinin razılığı ilə Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə yaradılmış sirli “Konturqerilya” adlı təşkilatı təşkil etmişdi. Onun məqsədi sovet işğalına qarşı dura bilən güclü bir milliyyətçilik yaratmaq idi. Əslində bütün soyuq müharibə boyunca Türkiyə özünü Sovet İttifaqı sərhədində NATO-nun cənub qalası kimi nümayiş etdirmişdi. Lakin SSRİ-nin dağılması ilə Vaşinqton və Ankaranın birliyi parçalanmağa başladı.

Yeni dövr

Ümumi “sovet təhlükəsi” geridə qalmışdı, yenisi isə heç görünmürdü. Ortaya çıxan radikal islamçılıq Türkiyə üçün bir problem idi, lakin tədricən Mustafa Kamalın dünyəvi əhdlərindən uzaqlaşıb dinə tərəf yönəlirdi.

Türklər öz növbəsində NATO üzvlüyünü dəyərləndirirdilər, Avropa Birliyinə daxil olmaq istəyirdilər, Amerikanın bölgəyə müdaxiləsindən heç bir sıxıntı yaşamırdı. Birincisi, Türkiyə Körfəz müharibəsi zamanı öz hava limanları ilə Vaşinqtonu təmin etdi. Hər şey 2000-ci ilin əvvəlində dəyişdi, ABŞ terrorla mübarizəni başlayan zaman: bu dəfə  Səddam Hüseynin cəzalandırılması və devrilmə zamanı pik nöqtəsinə çatmışdı. Səddam devrildikdən sonra ABŞ İraqı koloniyası etməkdən və nəzarət altında saxlamaqdan  imtina etdi, ölkədə hakimiyyət vakuumu yarandı. Bu, iki nəticəyə gətirib çıxardı. Birincisi – öz ərazisində qanlı “xilafətin“ yaranması meylləri gücləndi,  ikincisi  Səddam tərəfindən məzlum olan İraq Kürdüstanı Bağdaddan gerçək muxtariyyəti əldə edə bildi. Turkləri daha cox ikinci məqam narahat edirdi. Onilliklər ərzində rəsmi Ankara ərazisində yaşayan bütün xalqları birləşdirib vahid “köhnə tarixi türklər icmasını”  yaratmaq niyyətində idi. Müstəqillik arzusu ilə yaşayan kürdlər isə bu parlaq fikrə qoşulmaq istəmirdilər.

Bu daimi sıxışdırılma silahlı müqavimətin yaranmasına səbəb oldu –  Türkiyə hakimiyyətinin terrorçu hesab etdiyi  “Kürdüstanın İşçi Partiyası” təşkilatı bu məsələdə  xüsusilə aktiv oldu. 1980-ci illərdə bu qrup xalqlarına müstəqillik qazandırmaq üçün ölkədə vətəndaş müharibəsini başlatdı. O vaxtdan bəri əsasən dinc kürdlər olmaqla 40 mindən çox adam öldü. Ancaq bu günədək PKK hələ də türk polislərini öldürür.

Ankara Türkiyədə, İraqda və Suriyada məskunlaşmış kürdlərin hər hansi bir formada güclənməsinə qarşıdır.

Suriya nifaqı

Sonuncu parçalanma Suriyadakı vətəndaş müharibəsi zamanı formalaşdı. Regionda hegemonluğa namizəd olan Türkiyə bu vəziyyətdən yararlanaraq  Suriyanın diktatoru Bəşər Əsədin devrilməsini istəyirdi. ABŞ-ın isə öz  məqsədi nəhayət formalaşmış “İslam Dövləti” qrupunu məhv etmək idi.

Türk müttəfiqinə hörmət əlaməti olaraq Vaşinqton bir təklif irəli sürdü: ABŞ təyyarələri Suriyadakı terrorçuları türk hava limanlarından bombalayacaq, İŞİD-lə müharibədə müxalifət döyüşçülərini hər iki ölkənin mütəxəssisləri birgə hazırlayacaq. Ərdoğan imtina etdi və buna onun 3 səbəbi var idi.

Birincisi, İŞİD terrorçuları kürdləri əsas düşmənlərdən biri hesab edir və onları məhv edir. İkincisi, sonsuz müharibə Suriyanı kəskin şəkildə zəiflədir və Türkiyəni regionun hegemonu hiss etdirməyə imkan yaradırdı. Üçüncüsü, Türkiyə prezidenti “İslam Dövləti” ilə fəal mübarizə aparmaqdan çəkinir – qorxurdu  ki, cihadçılar buna terrorla cavab verərlər.

Ankara yeni bir təklif irəli sürdü: mülayim müxalifət döyüşçülərinin  olduğu, lakin İŞİD-in  olmadığı Suriyanın şimalında uçuş zonası yaratmaq. Ərdoğanın fikrincə, orada Əsədin hava zərbələri altında məruz qalmaqdan qorxmayan İŞİD yenidən qruplaşıb və bərpa oluna bilər. Bu razılaşma Türkiyə liderinin bütün arzularına cavab verirdi, lakin Vaşinqton imtina etdi və buna görə də iki NATO müttəfiqi arasındakı münasibətlər daha da pisləşdi.

Nəticədə, amerikalılar Suriyaya əsgər göndərməməklə və yerli diktatoru qıcıqlandırmamaqla uğurla İŞİD-ə müqavimət göstərən Suriya kürdlərinə qüvənirlər. Hansı ki meydanda İŞİD-ə qarşı qətiyyətlə mübarizə aparan kürdlərin başqa carəsi yox idi. Onlar bilirdilər ki, məğlub olduqları halda kişiləri şiddətli ölüm gözləyir, qadınlar isə cinsi köləyə çevriləcəklər, uşaqların isə beyinləri yuyulub gənc cihadcıların duşərgəsinə göndəriləcək. Təbii ki, bu vəziyyətə ABŞ aviasiyasının daimi dəstəyi də əskik olmurdu. ABŞ Hərbi Hava Quvvələrinin ciddi dəstəyi ilə  Kobani şəhərinin mühasirəsi aradan qaldırılır, sonra isə özünümüdafiə qüvvələrini yetişdirməyə və onları silahla təmin etməyə başlayır. Yavaş-yavaş kürdlər İŞİD-dən öz torpaqlarını azad etməyə başlayırlar.

Eyni zamanda amerikalılar türklərdən əl çəkmirlər, onları dinləməyə çalışırlar, lakin Ankara kürdlərin ələ keçirtməyə hazırlaşdığı Manbica şəhərində fiaskoya məruz qalmaq istəmir, cunki Ərdoğan bilir ki, kürdlərin bu şəhəri ələ keçirməsi boyuk ölçüdə bu ərazilərdə Kürd dovlətinin yaranmasına zəmin yaradacaq. Ərdoğan amerikalılara müraciət edərək əmin edir ki, onun səlahiyyətində  şəhəri tez bir zamanda ala biləcək yaxşı təşkil olunmuş özünü müdafiə quvvələri var. Vaşinqton müttəfiqin rəyini nəzərə alır və gözləyir. Yerli islamçılardan cəlb olunan türk milisi cihadçıları tez biz zamanda parçalayır. Lakin nifaqın yeganə səbəbi Suriyadakı taktiki vəziyyət və kürdlərlə qarşıdurma deyildi. Prezident Ərdoğan ölkədə hakimiyyəti gücləndirmək və müxalifəti yatırmaq üçün dünyəvilik və demokratiyadan uzaqlaşmağa başladı, avtoritarizmə və siyasi islamçılığa doğru hərəkət etməyə başladı. Bu, Qərbdə öz təsirini  göstərməyə bilməzdi: Türkiyənin Avropa Birliyi   daxil   olmaq  arzusu  puç oldu.  Ərdoğanın yeni siyasəti Vaşinqtonda da xoş  qarşılanmadı. Bundan əlavə, ABŞ qaçaq ictimai xadim, Ərdoğan tərəfindən 2016-cı ildə çevriliş cəhdində şübhəli bilinən Fətullah Gülənin Türkiyəyə verilməsindən imtina edirdi.

Goydənduşmə  rus  dost 

Rusiya isə Turkiyə  ilə belə bir problem yaşamır: Moskva insan hüquqlarının digər ölkələrdə pozulmasına diqqət yetirmək adətində deyil, xüsusən də əgər bu ölkələrlə tərəfdaşlıq razılaşması mövcuddursa. Bundan əlavə, Rusiya Türkiyəyə qarşı olan silahlı qruplaşmaların  silah tədarükü yollarını bağlayaraq, Suriyada əhəmiyyətli bir rol oynadı. Rusiya və Türkiyə gozəl anlayır ki onlarin birgə hərəkətləri olmadan Suriya məsələsinin nizamlanması mümkün deyil. Buna görə də S-400 kompleksinin Türkiyə tərəfindən alınmasını bütün yuxarıda sadalananların məntiqi nəticəsi hesab etmək olar: Birincisi, bu  Ankaranın Vaşınqtondan asılı olmamaqla müstəqilliyini nümayiş etdirir, həmçinin də Moskvanın rəğbətini qazanmasına şərait yaradır. İkincisi, S-400 kompleksləri Amerika Patriot sistemindən daha ucuzdur və texniki baxımdan daha müasirdi.  Lakin bütün bunlara baxmayaraq, yaxınlaşmaqdan və  dostluq haqqında danışmaq hələ tezdir. Rusiya hakimiyyəti dəfələrlə bütün ölkələrlə qarşılıqlı fəaliyyətə açıq olduqlarını vurğulayıb, ancaq xüsusi öhdəliklərlə özlərinə bağlamaq və kiməsə qarşı dost olmaq niyyətində deyil. Bundan əlavə, belə qarşılıqlı format Türkiyə ücün də sərfəlidir. Çunki Türkiyə regionda lider dövlətə cevrilmək iddiasindadır. Türkiyənin daxili və xarici siyasəti baxımından hər iki ölkə ilə – həm ABŞ, həm Rusiya ilə əmədaşlıq olduqca vacibdir, Ərdoğan güclü və müstəqil siyasətçi kimi görünməyə çalışır. Tramp Ankaraya qarşı sanksiya tətbiq etməyə tələsmir, ən son məlumatlara görə, bütün respublikaçı-senatorlarını məsləhətləşməyə cağırıb ki, bəs gəlin gorək, Ərdoqanı və Türkiyəni daha yaxşı necə  cəzalandıra bilərik. Rusiya isə öz növbəsində, qələbələr siyahısına daha bir NATO ölkəsinə uğurlu silah satışının həyata keçirilməsini sala bilər. Hansı  ki, Şimali Atlantika İttifaqı üzvləri arasında birliyin pozulması və regionda nüfuzun genişlənməsinə töhfə verəcək.

Tərcümə etdi: Leyla Yaqubova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*