Rus hərbçiləri Novomelitopol sakinlərinə atəşlə bağlı xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, Novomelitopoldakı mağaza və köşk sahiblərinin yanına gələn rus qoşunları onları mümkün atışma barədə xəbərdarlıq edib. Eyni zamanda təhlükəsizlik baxımından pərakəndə satış məntəqələrinin bağlanmasının vacibliyini vurğulayıblar.
“Gəldilər və dedilər ki, atışma olacaq. Mağazanı bağlayıb evə getməyin daha yaxşı olduğunu bildirdilər” – yerli sakin deyir.
Xatırladaq ki, martın 17-dən, 18-nə keçən gecə şəhərin müxtəlif yerlərində top səsləri eşidilib. Səhər isə hadisələr nəticəsində yaşayış binalarının dağıdıldığı məlum olub.
Müşviq Tofiqoğlu,
KONKRET.az
