Melitopol sakinləri son bir həftə ərzində işğalçıların (ruslar – red) nəzarətində olan şəhərdə baş verənlərdən sarsıntı keçirirlər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, əsasən təqaüdçülər və quldurlar, eləcə də dövlətə xəyanət və işğalçılara xidmət bahasına hakimiyyətə nail olmaq qərarına gələn məmurlar işğalçılara təslim oldular. Bu haqda Melitopol sakinlərdən biri danışıb və şəhərdə baş verənlərlə bağlı təhlilini qeyd edib:
“Zirzəmidən Qala” (Danilçenko Qalina Viktorovna) yenidən şəhərin siyasi arenasında peyda oldu. Rus işğalçılarının köməyi ilə o, özünü şəhərin meri adlandırdı və indi Melitopolu idarə etməyə çalışır. Bunun üçün Melitopol Şəhər Şurasını yaradıb, planlaşdırma iclasları keçirib, kommunal xidmətlərə rəhbərlik edir. Şəhərin əvvəlki meri Fyodorovun vaxtından rahat və yenidən qurulmuş Melitopolu idarə etmək isə indi çox rahatdır. İnfrastruktur obyektləri ya yenidir, ya da bərpa olunub. Kommunal təsərrüfatlarda kifayət qədər texnika var (avadanlıq və avtomobil parkı ya tamamilə yenilənib, ya da əsaslı təmir olunub), yollar qaydasındadır, asfalt hər yerdə təzədir. Əslində, şəhər infrastrukturu çox yaxşı vəziyyətdədir. Amma bu işləri keçmiş mer İvan Fyodorov görüb. Və mən istəyirəm ki, indi yeni hökumətə sevinən və ya ona ümid bəsləyən hər kəs bunu unutmasın” – Melitopol sakini vurğulayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
