“Rusiya Bosfor boğazından Odessaya gedən marşrutları dəyişib və Ukraynanı günahlandırır” – Klimenkobackend

“Rusiya Bosfor boğazından Odessaya gedən marşrutları dəyişib və Ukraynanı günahlandırır” - Klimenko

“Rusiya Bosfor boğazından Odessaya gedən marşrutları dəyişib və buna görə də, Ukraynanı günahlandırır”.

KONKRET.az xəbər verir ki, bu barədə Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun layihə rəhbəri Andrey Klimenko bildirib. O, Rusiyanın Bosfordan Odessaya gedən marşrutları dəyişdiyini və bunu Ukraynanın ərazini minaladığı üçün etdiyini deyib. Məqsəd isə Qara dənizdə ticarət gəmilərinin hərəkətinə mane olmaqdır. Bu da NATO-nun Daimi Mina Təmizləmə Qrupunun dərhal sözügedən əraziyə daxil edilməsini gündəmə gətirir.

O qeyd edib ki, martın 18-də Soçi dəniz limanı bölgədəki gəmi sahiblərinə və kapitanlarına ərazinin guya Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən minalandığı haqda xəbərdarlıq göndərib. Xəbərdarlığın mətni belədir: “Zəhmət olmasa Qara dənizin cənub-qərb və şimal-qərb hissələrində üzən minaların partladılması ehtimalına görə xüsusilə diqqətli olun. Sizdən xahiş edirəm ki, bu məlumatı Soçi dəniz limanında fəaliyyət göstərən bütün gəmi sahiblərinə və kapitanlarına çatdırasınız”.

Söhbət Rusiya Qara Dəniz Donanması tərəfindən Bosfor boğazından Odessa istiqamətində kommersiya gəmiləri üçün tövsiyə olunan marşrutlardan gedir. Bu, “Ukrayna minalarının partladılması” adı altında saxta informasiya kimi örtülür.

“Fırtınalı dənizdə gizlədilən minaları prinsipcə saymaq mümkün deyil. Bunu yalnız onları quraşdıran şəxs edə bilər” – deyə mesajda qeyd olunur.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*