Rusiya buğdanın ixrac vergisini daha da artırdıbackend

Rusiya buğdanın ixrac vergisini daha da artırdı

Rusiyanın buğdaya qoyduğu ixrac vergisi 1 ton üçün 131,6 dollardan 142 dollara yüksəlib.

KONKRET.az xəbər verir ki, bununla bağlı qərar bu gündən qüvvəyə minib.

Eyni zamanda, arpa vergisi 92,8 dollardan 117,5 dollara, qarğıdalı vergisi isə 84 dollardan 86,5 dollara yüksəlib.

Verginin ölçüsü indikativ qiymətlərə əsasən hesablanır.

Müvafiq olaraq, buğdanın bir tonunun qiyməti 399,4 dollar, arpanın qiyməti 352,5 dollar, qarğıdalının qiyməti isə 308,6 dollar olub.//Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*