Rusiya COVID-19-a qarşı dərmanın ixracına başladı – FOTObackend

Rusiya COVID-19-a qarşı dərmanın ixracına başladı - FOTO

Rusiya Birbaşa İnvestisiya Fondu (RBIF) və “ChemRar” şirkətlər qrupu koronavirusun müalicəsi üçün istifadə edilən “Avifavir” dərmanının ixracına başlayıb.

Dərman artıq iyun ayında Belarusa göndərilib.

Yaxın vaxtlarda preparatın Qazaxıstana tədarükü gözlənilir.

KONKRET.az Ria Novosti-yə istinadən xəbər verir ki, RBIF və “ChemRar” şirkətlər qrupu “Avifavir”in ilk 100 000 dəstinin istehsal edildiyini iyun ayında elan edib.

Qeyd olunur ki, “Avifavir”in Latın Amerikasının bir sıra ölkələrinə tədarükü ilə bağlı danışıqlar aparılır.

MDB, Yaxın Şərq ölkələri və dünyanın digər bölgələri də bu dərmana maraq göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*