Rusiya ermənilərə yardım paylamaqda davam edir – Sülhməramlılar ÇATDIRDIbackend

Rusiya ermənilərə yardım paylamaqda davam edir - Sülhməramlılar ÇATDIRDI

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlılarının xüsusi təyinatlı hərbi həkimləri Ağdərə rayonunun Vəngli kəndində humanitar-tibbi aksiya təşkil ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sülhməramlılar Rusiya QHT-lərinin göndərdiyi 2 ton tibbi yardımı paylayıblar.

“Həm də sakinlərə ərzaq dəstləri, gündəlik ehtiyaclar, isti paltar və uşaq oyuncaqları verilib. Ümumilikdə, humanitar aksiya zamanı dörd tondan çox yük paylanıb”, – məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*