Rusiya ermənilərinin lideri Paşinyanı BELƏ BİABIR ETDİbackend

Rusiya ermənilərinin lideri Paşinyanı BELƏ BİABIR ETDİ

“Ermənistan hakimiyyəti cəmiyyətin diqqətini real problemlərdən yayındırmağa çalışır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Ermənilər Birliyinin rəhbəri Ara Abrahamyan deyib.

O, “Facebook” paylaşımında “İzmirlian” tibb mərkəzinin direktoru Armen Çarçyanın həbsini siyasi təhdid adlandırıb:

“Görkəmli və hörmətli həkim, professor Armen Çarçyanın həbsi açıq bir siyasi təhdid aktı və cari Ermənistan rəhbərliyinin üç ildir həll etmədiyi, həmçinin həll etmək niyyətində olmadığı real problemlərdən ictimaiyyəti yayındırmaq cəhdidir”.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanda Çarçyana qarşı Cinayət Məcəlləsinin 154.2-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndi (seçicilərə rüşvət vermək, rüşvət almaq, seçki zamanı xeyriyyəçilik qadağasını pozmaq və ya seçicinin iradəsini sərbəst ifadə etməsinə mane olmaq) ilə cinayət işi başlanıb. Nəticədə o, iyunun 18-də nəzarətə götürülüb, lakin daha sonra məhkəmə onun həbsindən imtina edib. İyunun 23-də isə məhkəmə yenidən Çarçyanın həbs olunmasına qərar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*