Rusiya Ermənistana başqa ölkələrə satmadığı silahlar verir – Kalaşnikovbackend

Rusiya Ermənistana başqa ölkələrə satmadığı silahlar verir - Kalaşnikov

Rusiya Ermənistana əvvəllər verilməmiş silahlar təqdim edir. Bunu Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası və soydaşlarla münasibətlər komitəsinin sədri Leonid Kalaşnikov İrəvanda jurnalistlərə müsahibəsində bəyan edib.

“Buna görə də başqa ölkələrə silah tədarükündə Rusiyanı qınamağı yanlış hesab edirəm”, – deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya silahları təkcə Azərbaycana deyil, bütün müttəfiqlərinə və tərəfdaşlarına, o cümlədən Ermənistana satır.

Qeyd ed’k ki, Ermənistan “Kalaşnikov” konsernindən təxminən 50 yeni AK-12 hücum silahını alacaq və konsernin baş direktoru Vladimir Dmitriyevin sözlərinə görə, Rusiya istisna olmaqla, AK-12-ni ilk alan ölkə olacaq.

Xatırladaq ki, 2018-ci ilin avqust ayında “Ordu-2018” Beynəlxalq Hərbi-Texniki Forum və Milli Təhlükəsizlik Həftəsi konfransı çərçivəsində “Royalsys Engineering Ltd”. erməni şirkətinin prezidenti David Qalstyan və “Kalaşnikov” konserninin direktor müavini Andrey Barışnikov Moskvada yeni AK-12 və AK-15 Kalaşnikov hücum silahlarının istehsalı ilə bağlı müqavilə imzalayıblar.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*