Rusiya əsas düşmənimizdir: onlara göstərməliyik – Akopcanyanbackend

Rusiya əsas düşmənimizdir: onlara göstərməliyik - Akopcanyan

Rusiya ilə Ermənistanın strateji müttəfiq olması yalnız kağız üzərindədir. Əslində, Rusiya ermənilər üçün bir nömrəli düşməndir.

KONKRET.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Razmik Akopcanyan çıxış edib

Onun sözlərinə görə, Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin son fikirləri bunun əyani sübutudur:

“Jirinovski hesab edir ki, Ermənistan Rusiyanın tərkibinə daxil olmalı və İrəvan quberniya statusu almalıdır. Jirinovski bu fikirləri elə-belə demir, o, az qala bunu tələb edir. Özü də sərt formada. İndi biz hamımız Rusiyanın Ermənistanın daxili işlərinə nə qədər fəal müdaxilə etməyə çalışdığını görürük. Kreml hazırda bütün “silahlarından” atəş açır. Jirinovski bu bəyanatları ilə Ermənistanı təhqir edib. Müvafiq olaraq, o, Ermənistanda “persona non-qrata” elan edilməlidir. Artıq dişlərimizi Kremlə qarşı qıcıtmağımızım vaxtıdır”, – deyə erməni ekspert qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*