“Rusiya hakimiyyəti bizi aldatdı” – Simonyanbackend

"Rusiya hakimiyyəti bizi aldatdı" - Simonyan

“Ermənistan həmişə özünü sadiq tərəfdaş kimi göstərib, son vaxta kimi Rusiyanın onu tək qoymayacağına inanıb və ümid edib”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O bildirib ki, Rusiya hakimiyyəti Ermənistanı və erməni xalqını aldadıb:

“Rusiya Ermənistana özünü müdafiə etməyə çalışmaqdan başqa çarə qoymayıb. Rəsmi Moskvanın Ermənistanı diqqətdən kənar saxlamasında səbəb Rusiya-Ukrayna müharibəsidir”, – deyə Simonyan qeyd edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*