Rusiya hələ də öldürülən əsgərlərinin cəsədlərinin və qalıqlarının təhvil verilməsini tələb etməyib.
KONKRET.az xəbər verir ki, bu barədə Prezident Aparatının brifinqində Ukraynanın Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk danışıb. Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra 24 gün ərzində ölkə hakimiyyəti Ukraynada ölən rusların qalıqlarının ekstradisiyasını tələb etməyib.
“Bu gün Ukraynanın Baş naziri Denis Şmıqal Beynəlxalq Qırmızı Xaç Komitəsinin Prezidenti Peter Mauer ilə görüşüb. Bu görüşdə biz həlak olan hərbi qüvvələrin cəsədlərinin toplanması və şəxsiyyətinin müəyyənləşdirilməsinin təşkilinin zəruriliyi məsələsini qaldırdıq. Biz Qırmızı Xaç Cəmiyyətinin diqqətinə çatdırdıq ki, Rusiya hələ də onların sayı çoxdan 14 mini ötmüş meyit və qalıqların ekstradisiyasını tələb etməyib”, – deyə Vereşçuk bildirib.
Onun sözlərinə görə, Ukrayna Qırmızı Xaç Cəmiyyətinin rəhbərinə müraciət edərək Rusiyaya ölən əsgərlərinə “hörmət göstərməyi” və onların Ukraynadan çıxarılmasına başlamaq üçün danışıqlara başlamağı təklif edib.

Xuraman Etibarlı,
KONKRET.az
