Rusiya hərbçilərinə döyüş sursatı daşımaq üçün eşşəklər verilməyə başlanıb.
KONKRET.az xəbər verir ki, Rusiyanın Telegram kanalları oxşar halların artıq bir neçə dəfə baş verdiyini qeyd edib.
Döyüş zonasında eşşəklərin peyda olması ilə bağlı məlumatı şərh edən Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev RTVI-ya bildirib ki, əsgər və zabitlərin həyatını xilas etməyə kömək edən istənilən vasitədən istifadə etmək lazımdır.
O, bunda qeyri-adi bir şeyin olmadığını vurğulayıb.
Deputat əlavə edib ki, Ukrayna pilotsuz təyyarələri ilk növbədə cəbhə bölgələrinə sursat və ərzaq çatdıran maşınlara hücum edir.
Onun sözlərinə görə, cəbhə xəttindəki ordu bazalarında qoşunların təchizatı üçün kiçik pilotsuz maşınlar da hazırlanır.
Sobolevin Müdafiə Komitəsindəki həmkarı Viktor Zavarzin qeyd edib ki, eşşəklər əlçatmaz ərazilərdə faydalı ola bilər.
“Qoy eşşəklər qələbəyə kömək etsinlər” deyən Zavarzin döyüş bölgələrində it və pişiklərdən də istifadə olunduğunu, yüklərin daşınmasında atların köməklik etdiyini bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az