Rusiya hüquq-mühafizə orqanları Vardanyana XƏBƏRDARLIQ ETDİbackend

Rusiya hüquq-mühafizə orqanları Vardanyana XƏBƏRDARLIQ ETDİ

Rusiya hüquq-mühafizə orqanları Vardanyana mesaj göndərib.

KONKRET.az xəbər verir ki, Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçən erməni oliqarx Ruben Vardanyan ətrafında söz-söhbət artır. Rusiya hesabına milyardlar qazanan biznesmenin birdən-birə “vətən”indən üz döndərməsi çoxlarırını şoka salıb. Çörəyi dizinin üstündə olan erməninin Rusiyadan qaçmasının əsl səbəbləri artıq məlum olur. Burada heç bir “vətən sevgisi”, erməni xalqı rol oynamır.

Vardanyana artıq Rusiyadan xəbərdarlıqlar gəlməyə başlayıb.

Vardanyana qarşı birmənalı “Kreml xəbərdarlığı” indi hüquq-mühafizə orqanları ilə əlaqəli Rusiyanın teleqram kanalları tərəfindən səsləndirilib. “Siloviki”lər əmindirlər ki, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan milyardlarını qazandığı “toksik” Rusiyadan qurtulmağın ən yaxşı yolunu tapıb.

Vardanyan Donbası xatırlamamasına, Qarabağın bərpasına kömək etmək niyyətinə görə tənqid edilir. Kanalın ekspertləri əmindirlər ki, Vardanyan Rusiya vətəndaşlığından imtina etməklə öz bəyanatı ilə Qərbə özünü nümayiş etdirir. Bununla başa salır ki, ö, özgə deyil, başa düşüb, bağışlanmalı və hətta sanksiya siyahılarından çıxarılmalıdır.

Bundan əlavə, Ruben Karlenoviçə xatırladılıb ki, 2016-cı ildə o, artıq Ermənistan ordusuna maliyyə yardımı vəd edib. Lakin 44 günlük müharibənin nəticələrinə əsasən, orada pul çatmayıb.

Əsas məsələ belədir: “Çətin ki, Kreml Vardanyanın belə bir addımını dəyərləndirəcək. Heç kimə sirr deyil ki, Kreml satqınları sevmir. Rusiyada qazandıqları pulları xərcləməyə çalışan bu cür insanların sonu bir neçə dəfə onun hüdudlarından kənarda pis nəticələnib. Həm Rusiya, həm də Azərbaycan təhlükəsizlik qüvvələrinin çalışdığı Qarabağa köçən Vardanyan belə aqibəti gözləyə bilərmi? Sual ritorikdir”, – teleqram kanal yazıb.

Eyni mətn, iki saat sonra, Rusiya təhlükəsizlik qüvvələri ilə sıx bağlı olan başqa bir teleqram kanalı tərəfindən paylaşılıb.

“Rusiyanın öz maraqlarına xəyanətlə necə davrandığına dair məlum nümunələr var” xəbərdarlığı da mediada səslənir. Bu heç də təsadüf kimi görünmür, onlar əvvəlcə xəbərdarlıq edirlər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*