Rusiya ilə Azərbaycanı birləşdirən “Qafqaz” yolu 2030-cu ildə dörd zolağa qədər genişlədiriləcək.
KONKRET.az TASS-a istinadla xəbər verir ki, bunu Qafqaz Federal Yolları Agentliyinin idarə rəisi Aleksandr Lukaşukbildirib.
Onun sözlərinə görə, “Qafqaz” magistral yol Krasnodar ərazisindəki Pavlovskaya stansiyasından Azərbaycan Respublikasının sərhədinə qədər uzanır:
“Bu gün prioritetimiz Rusiyanın subyektlərini xarici dövlətlərlə birləşdirən Şimal-Cənub “beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan R -217″ Qafqaz” yoludur. Bu yolda ən böyük trafik- turist, malların daşınması gedir. Ona görə də, bu istiqamətə xüsusi diqqət yetirilir. 2030-cu ilə qədər bütün R -217 magistral yolu dörd zolaqlı olacaq”.