“Rusiya ilə bu döyüş xeyrimizə bitməyəcək” – Böyük Britaniyadan ŞOK HESABATbackend

"Rusiya ilə bu döyüş xeyrimizə bitməyəcək" - Böyük Britaniyadan ŞOK HESABAT

Rusiya ilə silahlı münaqişə baş verərsə, böyük ehtimalla, tank bölmələrinin döyüşü Böyük Britaniyanın xeyrinə bitməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniya parlamentinin Nümayəndələr Palatasının Müdafiə Komitəsinin hesabatında bildirilib.

“Əgər Britaniya ordusu Şərqi Avropada Rusiya kimi düşmənlə mübarizə aparmalı olsaydı, dünyanın ən yaxşılarından olan əsgərlərimiz köhnəlmiş zirehli texnika ilə döyüşmək məcburiyyətində qalardı”.

Parlamentarilərin fikrincə, Müdafiə Nazirliyi və ordu rəhbərliyi hərbi texnika parkının yenilənməyə ehtiyacı olduğunu yaxşı anlayır.

Qeyd edək ki, Müdafiə Komitəsinin hesabı təsadüfən yayılmayıb. Belə ki, artıq Ukrayna Rusiyanın ciddi şəkildə dəstəklədiyi separatçılara qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır. Artıq Ukraynanın müxtəlif dairələrində gözlər ABŞ-a və Qərbi Avropaya, o cümlədən Böyük Britaniyaya dikilib. Rusiya ilə savaşa başlayacaq digər slavyan dövləti bu ölkələrdən də mədət umur.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*