Rusiyanın Strateji Raket Qoşunlarının hərbi qulluqçusu Yelena Tolstova ölkənin silahlı qüvvələrinin ən gözəl xanımı seçilib.
KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, o, artıq ikinci dəfədir ki, “Miss Qırmızı Ulduz” müsabiqəsinin qalibi olub.
Y.Tolstovanın elektron səsvermə yolu ilə seçildiyi bildirilib.
Qeyd edək ki, Rusiya Ordusunun gözəli 6 ildir ki, silahlı qüvvələrin heyətində xidmət edir. O, fəal şəkildə idmanla məşğul olur, yüngül atletika üzrə birinci dərəcəli idman ustasıdır.

