Rusiya ordusunun ərzağı tükənir. Yardım üçün məmurlara müraciət olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya ordusunun Baş Qərargahından Voronej qubernatoruna məktub daxil olub. Qubernator da öz növbəsində yerli məmurlara üz tutub.
Məmurlar da pərakəndə satış şəbəkələrindən “Ukrayna ərazisindəki mövcud vəziyyətlə əlaqədar” Rusiya Qvardiyasına bir az ərzaq vermələrini xahiş edirlər.
Bunun üçün yerli əhaliyə müraciət olunub.

Xuraman Etibarlı,
KONKRET.az
