“Rusiya qazının Avropaya idxalı tamamilə dayandırılmalıdır” – Polşadan Kremlə növbəti ZƏRBƏbackend

"Rusiya qazının Avropaya idxalı tamamilə dayandırılmalıdır" - Polşadan Kremlə növbəti ZƏRBƏ

Polşa Rusiyaya qarşı yeddinci sanksiyalar paketinin tətbiq edilməsi üçün təkliflər hazırlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu sanksiyalar paketinə enerji resurslarının və bankların daxil edilməsi təklif olunur.

Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, Rusiya qazının Avropaya idxalı tamamilə dayandırılmalıdır. O, bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqlə görüşündən sonra bildirib:

“Qəbul edilən altıncı sanksiya paketi Avropanın Rusiyanın enerji daşıyıcılarından asılılığının azaldılması istiqamətində böyük addımdır. Lakin bu, kifayət deyil” – Rau vurğulayıb.

O, həmçinin əlavə edib ki, Rusiya qazının və neft-kimya məhsullarının idxalının tamamilə dayandırılması, bütün Rusiya və Belarus banklarının SWIFT-dən çıxarılması yeddinci sanksiyalar paketinə daxil edilməlidir və bu istiqamətdə işlərə başlanılmalıdır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*