Rusiya Türkiyənin nəzarətindəki bölgəni ballistik raketlə vurdu – VİDEObackend

Rusiya Türkiyənin nəzarətindəki bölgəni ballistik raketlə vurdu - VİDEO

Rusiya və Əsəd rejimi Suriyanın Cerablus, Harman və Əl-Babın Tərhin bölgələrindəki neft quyuları və tankerlərə ballistik raket zərbələri endirib.

KONKRET.az xəbər verir ki, hadisə zamanı azı 3 dinc insan həlak olub. 30-a qədər yaralı var. Hücumdan sonra ərazidə irimiqyaslı yanğınlar baş verib. İddialara görə, ballistik raketlər Aralıq dənizindəki rus gəmilərindən atılıb. Terhinə atılan raketlərin “TOÇKA” raketləri olduğu bildirilib. Məlumata görə, Türkiyə Silahlı Qüvvələri artıq hücuma cavab verib.

Xatırladaq ki, Suriyanın Əl-Bab və Cerablus bölgələri Türkiyə ordusunun nəzarəti altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*