“Rusiya-Ukrayna müharibəsini ABŞ bitirə bilər” – Lukaşenkodan GÖZLƏNİLMƏZ AÇIQLAMA + ÖZƏLbackend

"Rusiya-Ukrayna müharibəsini ABŞ bitirə bilər" - Lukaşenkodan GÖZLƏNİLMƏZ AÇIQLAMA + ÖZƏL

“Ukrayna ordusuna və ölkədəki proseslərə Qərb və ABŞ nümayəndələri rəhbərlik edir”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Yaponiyanın TBS telekanalına müsahibəsində bildirib.

“Mən düşünürəm ki, Qərbdən və ABŞ-dan Kiyevdəki vəziyyətə – xüsusilə də cəbhədəki – nəzarət edən müəyyən adamlar var. Bütün prosesə Zelenski rəhbərlik etmir. Hərbçilərə məsləhət verənlər belə yox idi, onlar necə davranacaqlarını bilmirdilər, ABŞ nəzarəti özü ələ aldı” – Lukaşenko bildirib.

Lukaşenko iddia edib ki, Zelenskinin ölkədəki proseslərə elə də təsiri yoxdur:

“O,  ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Consondan göstərişlər alır. Hətta münaqişədən əvvəl o, bu proseslərə çox da dərindən qarışmırdı, yəqin ki, təcrübəsizliyinə görə. Amma düşünürdüm ki,  Zelenski axmaq adam deyil və ümid edirdim ki, ölkədəki vəziyyəti tamamilə adekvat şəkildə idarə edəcək. Lakin bu baş vermədi”.

Lukaşenkoya görə, ABŞ sülhlə bağlı mövqe tutsa, Ukraynadakı müharibə tez başa çatacaq:

“Əgər Co Bayden zəng etsə, ABŞ Ukrayna torpağında sülhün bərqərar olması mövqeyini tutsa, müharibə çox tez bitə bilər. O isə zəng etməməyi üstün tutur. Çünki Ukraynada yaranan vəziyyət Vaşinqton üçün çox faydalıdır. Bu, Amerikaya lazımdır”.

Lukaşenko qeyd edib ki, müharibəni ya Rusiya və Ukrayna müqavilə imzalamaqla, ya da ABŞ Ukrayna rəhbərliyinə hərbi əməliyyatları dayandırmaq əmrini verməklə bitirə bilər. Lukaşenko hesab edir ki, Vaşinqton bu addımı atsa, Avropa İttifaqı və digər ölkələr ABŞ-ı dəstəkləyəcək.

Vəsilə İbrahim

KONKRET.az

 

 



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*