Rusiya və Belarus iki birgə hərbi təlim keçirəcəkbackend

Rusiya və Belarus iki birgə hərbi təlim keçirəcək

Rusiya və Belarus mart ayında iki birgə taktiki hərbi təlim keçirəcək.

KONKRET.az xəbər verir ki, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Martın 9-dan 20-dək Rusiyanın Ulyanovsk vilayətindəki “Polivno” poliqonunda  keçiriləcək təlimə Rusiya tərəfdən 400 hərbçi, 100 ədəd döyüş texnikası, Belarus tərəfdən 80-dən çox hərbçi qatılacaq. Təlimə Rusiya Mərkəzi Hərbi Dairəsinin 2 ədəd “Mi-24” tipli zərbə və 6 ədəd “Mi-8AMTŞ”  tipli nəqliyyat-döyüş vertolyotları da cəlb ediləcək.

Paralel olaraq 15-27 mart tarixlərində Minsk vilayətindəki “Osipoviçskiy” poliqonunda Rusiya-Belarus birgə taktiki təlimi keçiriləcək.

Təlimə Rusiya tərəfdən 90 desant, Belarus tərəfdən 400 hərbçi və 100 döyüş texnikası cəlb ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*