Rusiya və Fransa arasında gərginlik – Gizli proses üzə çıxdıbackend

Rusiya və Fransa arasında gərginlik - Gizli proses üzə çıxdı

Rusiya və Fransa diplomatları keçən ilin sonlarında gizli şəkildə adıçəkilən ölkələrdən qovulublar.

KONKRET.az xəbər verir ki, bu barədə fransız nəşri “Les Echos” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiyanın Parisdəki səfirliyinin iqtisadi xidmətinin işçilərindən biri casus olduğu iddiasıyla qovulub. Buna cavab olaraq Rusiya da Fransanın Moskvadakı səfirliyinin iqtisadi şöbəsində çalışan diplomatlardan birini ölkədən çıxarıb.

Fransanın Rusiyadakı diplomatik nümayəndəliyi bu məlumata açıqlama verməyib.

Rusiyanın “Kommersant” qəzeti də Fransanın Moskvadakı səfirliyi və Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb, lakin departamentlər buna şərh verməkdən imtina edib.

Qeyd edək ki, ötən ay Almaniya, Polşa və İsveç rus diplomatlarını “persona non qrata” elan etdikdən sonra ölkədən çıxarmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*