Rusiya və Hindistanın mərkəzi bankları Mumbayda keçirilən ilk iclasda ikitərəfli ticarətdə ödənişlərin rupi və rublla tənzimlənməsini müzakirə edib.
KONKRET.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Həmçinin görüşdə ixracatçı və idxalçıların qarşısındakı texniki maneələr də müzakirə edilib.
Digər tərəfdən iki ölkənin mərkəzi banklarının ödəniş mexanizmlərinin qiymətləndirəcəyi və bu çərçivədə yenidən danışıqların aparılacağı qeyd edilib.
İqbal Rzayev,
KONKRET.az
