Rusiya Xarkov yaxınlığında itirilmiş mövqelərini bərpa etməyə çalışır – Rəsmi KİYEVbackend

Rusiya Xarkov yaxınlığında itirilmiş mövqelərini bərpa etməyə çalışır – Rəsmi KİYEV

Rusiya qoşunları Xarkov yaxınlığında itirilmiş mövqelərini bərpa etməyə çalışır və Xarkov vilayətinin Koçubeyevka – Dementyevka istiqamətində hücuma keçir.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində yazıb.

“Xarkov istiqamətində düşmən bölmələri səylərini Ukrayna qoşunlarının hərəkətlərini dayandırmağa və onların daha da irəliləməsinin qarşısını almağa cəmləşdirir. İtirilmiş mövqeləri qaytarmaq üçün rus qoşunları Koçubeyevka – Dementyevka istiqamətində hücuma keçərək Zoloçev, Russkaya Lozovaya, Krestişe, Pobeda, Dementyevka, Yuxarı Saltov, Molodova, Starıy Saltov, Koroboçkino, Zailovka, Velikaya Babka, Volobuyevka və Malinovka yaşayış məskənlərinə artilleriya zərbələri endirir.

Qırıcılar isə Yuxarı Saltov, Prudyanka və Mospanovo yaxınlığını bombalayır”, – məlumatda deyilir.

Qara dənizin şimal-qərb hissəsində Rusiya Qara Dəniz Donanmasının gəmi qrupu Ukraynanın dəniz zolaqlarını bağlamaq üçün səylərini davam etdirir. Düşmən Ukrayna ərazisindəki hədəflərə raket zərbələri endirməyə hazır vəziyyətdə olan iki yüksək dəqiqlikli silah daşıyıcısını saxlayır.

Ukrayna Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri ölkənin hava məkanında patrul xidmətini davam etdirir, zərbə təyyarəsi isə müəyyən əməliyyat bölgələrində Ukrayna Silahlı Qüvvələrinin bölmələrinə kömək edir.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*