Rusiyada 30-a yaxın avtomobil buzda batdı – VİDEObackend

Rusiyada 30-a yaxın avtomobil buzda batdı - VİDEO

Rusiyada Vladivostokdakı Voevoda körfəzində onlarla avtomobil buzda batıb.

KONKRET.az Virtual.org-a istinadən xəbər verir ki, bu barədə “PrimaMedia” məlumat verib. Hadisə yerindən video “YouTube”da yayımlanıb.

Kadrlarda insanların qar altında qaldığı, maşınların isə buzda batdığı görüntülənib.

“Dəqiq bilmirəm, ancaq 30-a yaxın maşındır. Tələsin! Artıq kimsə tələsməyə ehtiyac duymaz”, – deyə video müəllifi qeyd edib.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Primorski Baş İdarəsindən buzda batan maşınlarla bağlı 45 dəfə məlumat daxil olduğu bildirilib. Bəzi avtomobillər qismən yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*