Rusiyada dəmir yolu partladıldıbackend

Rusiyada dəmir yolu partladıldı

Rusiya Federasiyasının Samara vilayətində Zvezda-Çapayevsk dəmir yolu hissəsində partlayış baş verib.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, ölən və yaralananlar barədə məlumat yoxdur.

Yerli “63.ru” nəşri və “Baza” teleqram kanalının yazdığına görə, ərazidə Çapayevka çayı üzərindən keçən dəmir yolu körpüsünə dayaq partladılıb. Partlayışın səsi yerli vaxtla saat 6:15 radələrində eşidilib.

Kuybışev Dəmir Yolunda bəzi qatarlar bu hissədən yan keçməyə başlayıb. Gecikmələrin təxminən iki saat olacağı deyilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*