Rusiyada rubl qəfil bahalaşdıbackend

Rusiyada rubl qəfil bahalaşdı

Konkret.az “Ria-Novosti”-yə istinadən xəbər verir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) başçısı Jerome Pauellin açıqlamalrından sonra rubl dollar və avroya nisbətdə əhəmiyyətli dərəcədə bahalaşıb. Mübadilə məntəqələrində hazırda dollar 73,5 qəpik ucuzlaşaraq 63,18 rubl təşkil edib. Avro isə 52,25 qəpik azalmaqla 71,07 rubla enib. Qeyd edək ki, daha əvvəl FED rəhbəri qlobal iqtisadiyyatın böyüməsi ilə əlaqədar ticarət sektorunda qeyri-müəyyən vəziyyətə dair narahatlığını ifadə etmişdi. Onun sözlərinə görə, bu amillər ABŞ-ın ÜDM-in artım proqnozuna təsir göstərir. Pauell vuğulayıb ki, belə davam etsə, FED iyulun sonlarında faiz dərəclərini azaltmaq barədə təkliflərini irəli sürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*