Rusiya Dövlət Duması sayğacla təmin olunmamış mənzillərin gündəlik icarəyə verilməsini qadağan edən düzəlişlər hazırlayıb.
KONKRET.az xəbər verir ki, sənədə görə mülkiyyətçi evi sayğaclarla təchiz etməyibsə, onun evi icarəyə vermək hüququ yoxdur.
Dövlət Dumasının müvafiq komitəsinin üzvü Sergey Kolunov bunları deyib: “Sayğaclar yoxdursa və kirayəçiləriniz hər şeydən istifadə edirsə, aylıq ödənişlərin təyinində ciddi problemlər yaşanır”
Rəsmiyyə Şərifova,
KONKRET.az
