Rusiyada UÇQUN: 5 fəhlə dağıntı altında qaldıbackend

Rusiyada UÇQUN: 5 fəhlə dağıntı altında qaldı

Rusiyanın Kamçatka diyarındakı qızıl yatağında şaxtanın uçması nəticəsində 5 nəfər dağıntılar altında qalıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kamçatka diyarının hökumət başçısının müavini vəzifəsini müvəqqəti icra edən Aleksandr Zaboliçenko deyib.

Dağıntılar altında qalan 5 nəfərdən 3-ü mədəndən özü çıxa bilib, 2 fəhlənin taleyi məlum deyil.

O əlavə edib ki, təcili yardım qüvvələri xəsarət alanlara kömək göstərmək üçün hazır vəziyyətdədir.

“İndi hərbi hissənin altı mütəxəssisi fəhlələrin axtarışı ilə məşğuldur. Onlarla heç bir əlaqə yoxdur, vaxtında mədəndən çıxmağı bacarmayan iki işçinin taleyi barədə məlumat yoxdur”,-  Zaboliçenko qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*