Rusiyadan övladlarına toy edən ata və ana dəm qazından öldübackend

Rusiyadan övladlarına toy edən ata və ana dəm qazından öldü

Rusiyadan Lənkərana övladlarının xeyir işinə gələn ata və ana dəm qazının qurbanı olub.

KONKRET.az “report”-a istinadən xəbər verir ki, hadisə rayonun Kərarmeşə kəndində baş verib.

Belə ki, Rusiya Federasiyası vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırova qızlarının nişan mərasiminə hazırlıq üçün bir neçə gün əvvəl kəndə gəliblər. Bu gün səhər evə gələn qohumlar qapının bağlı olduğundan narahat olublar. Telefon zəngləri də cavabsız qalıb.

Pəncərədən içəri daxil olduqda isə ər və arvadın dəm qazından boğularaq öldüklərinin şahidi olublar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*