Rusiyadan Yerevana silah tədarükü davam edir – Məntəqələrin marşrutu gizlədilirbackend

Rusiyadan Yerevana silah tədarükü davam edir - Məntəqələrin marşrutu gizlədilir

Azərbaycan hökumətinin Beynəlxalq Mülki Aviasiya Təşkilatı olan ICAO-ya rəsmi müraciət edərək Ermənistan hökuməti tərəfindən qeydiyyata alınmış mülki təyyarələrdən istifadə edilməklə Ermənistana silah tədarükü faktını araşdırmağı xahiş etməsi barədə məlumat vermişdik.

Təəssüflə bildirir ki, beynəlxalq təşkilat indiyədək müvafiq araşdırma aparmayıb.

Halbuki Zvartnots hava limanına humanitar yardım adı altında mülki təyyarələrdə silah tədarükü davam edir.

KONKRET.az-ın məlumatına görə, 18 oktyabrda səhər saatlarında Novosibirskdən bir hərbi yükün, Mineralnıye Vodıdən isə 7 silah yükünün tədarükü planlaşdırılır. Silah tədarükünün sanksiyalara məruz qalan şübhəli Atlantis European Airways şirkətinə məxsus təyyarənin göyərtəsində davam etməsi diqqət çəkir.

17 oktyabrda silahlar Rusiyadan Ermənistana IL-76 hərbi nəqliyyat təyyarəsi ilə çatdırılıb. Beş çatdırılma Mineralnıye Vodı, Vnukovo və Novosibirsk hava limanlarından həyata keçirilib.

Məlum olub ki, Rusiya Mülki Administrasiyası hərbi-nəqliyyat təyyarələrinin Yerevana uçuş marşrutlarının məntəqələrini gizlədir. Məsələn, oktyabrın 17-də Yerevandan hərbi yük təyyarəsi uçub. Və sonra bu hava gəmisi gizli olaraq Mineralnıye Vodı-ya atılıb. Buradan isə Ermənistan istiqamətində uçub və oktyabrın 18-nə keçən gecə Yerevana enib.

Bu gün, 18 oktyabrda isə Rusiyadan Zvartnots hava limanına dörd hərbi yük təyyarəsinin çatdırılması planlaşdırılır. Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*