Rusiyalı hərbi ekspert: “Moskva heç kimə heç nə borclu deyil”backend

Rusiyalı hərbi ekspert: “Moskva heç kimə heç nə borclu deyil”

“Rusiya heç kimə heç nə borclu deyil”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzetinə rusiyalı hərbi ekspert Aleksandr Xramçixin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti şərh edərkən deyib.

Ekspert qeyd edib ki, Moskvada nə düşündüklərini söyləmək çətindir: “Lakin mən qəti şəkildə qeyd edə bilərəm ki, Rusiya hərbi münaqişəyə cəlb olunmaq istəmir… Rusiya Ermənistan üçün Ermənistanın özünün etdiyindən çox niyə etməlidir? Rusiya heç kimə heçnə borclu deyil. Heç kim kimisə müdafiə etməyəcək, çünki bu, heç kimə lazım deyil…

Belə davam etsə, Azərbaycan sakit və dinc yolla istədiyi dəhlizi təmin edəcək, eyni zamanda sərhədlərin demarkasiyası və delimitasiyası məsələləri də həll edəcək”. virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*