Rusiyalı nazirdən Turan Ordusu ilə bağlı suala MARAQLI CAVABbackend

Rusiyalı nazirdən Turan Ordusu ilə bağlı suala MARAQLI CAVAB

Xəbər verdiyimiz kimi, Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Qazaxıstanın “Tengrinews” agentliyinə müsahibə verib.

KONKRET.az xəbər verir ki, nazir Qarabağ münaqişəsi, Turan Ordusu və digər mövzularda sualları cavablandırıb.

Şoyqu Qarabağda hərbi əməliyyatların dayandırılmasında prezident Vladimir Putinin rolunun böyük olduğunu bildirib:

“Putin münaqişənin həlli üçün böyük səylər göstərdi. Bütün tərəfləri razı salmaq lazım gəlirdi”.

Milliyyətcə türk mənşəli Tuva xalqının nümayəndəsi olan nazir jurnalistin Turan Ordusunun yaradılması barədə səslənən iddialara isə sualla cavab verib:

“Bu ordu nə üçün yaradılacaq və kimə qarşı olacaq?”

Şoyqu Rusiya ərazisində də çoxlu sayda türk mənşəli xalqların yaşadığını diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*